Əhmədinejad ABŞ lideri Donald Trampa məktub yazıb.
Unikal.org "ABC News" telekanalına istinadən xəbər verir ki, sabiq prezident məktubunda əsasən ABŞ-ın miqrasiya və Yaxın Şərqdəki siyasətinə toxunub.
Məktubda Əhmadinejad Amerikanı, BMT-nin və başqa ölkələrin işlərinə qarışmaqda günahlandırır. Onun fikrincə, bütün bunlar sabitsizliyə, müharibələrə, ölümlərə və xalqların öz yerlərindən köçməsinə səbəb olub. Əhmədinejad onu da qeyd edib ki, ABŞ-a müxtəlif ölkələrdən insanlar miqrasiya etdiyi üçün Amerika bütün xalqlara məxsusdur.