Biləsuvar rayonu, Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 40 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.