Ağdamın cəbhə xəttində yerləşən kəndində yanğın olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Mirəşelli kəndində Qasımov Eldar İsrafil oğluna məxsus yaşayış evində yanğın başlayıb. Hadisə yerinə iki yanğınsöndürən briqada cəlb olunub. Hazırda yanğının söndürülməsi və yaxınlıqdakı tikililərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Ev sahibi bildirib ki, gecə ermənilər kəndi atəşə tutduğu üçün bütün sakinlər evlərindən çıxaraq, yaxınlıqdakı kəndlərə gediblər. Hadisə zamanı həmin mənzildə və kənddə heç kim olmayıb. Səhər saatlarında ona zəng edərək, evində yanğın başladığını deyiblər.