Bu gün Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloger Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası təxirə salınıb.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə M.Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi RPİ-nin rəisinin nümayəndəsinin məhkəməyə gəlmədiyi elan olunub.
Proses martın 3-dək təxirə salınıb.
Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.