Azərbaycanda daha iki nəfəri elektrik cərəyanı vurub.

Unikal.org Daxili İşlər Nazirlyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonunun 2-ci Zobucuq qəsəbəsində yaşayan Yaqut Hüseynova və Qusar rayonunun Yeni Həyat kəndində yaşayan Qadir Ağayev elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Araşdırmalar aparılır.