Gəncədə yanğın olub.
Unikal.org ARB TV istinadən xəbər verir ki, hadisə Kəpəz rayonu, İdris Məşədizamanoğlu küçəsində, 50 yaşlı Arif Rüstəmova məxsus, ümumi sahəsi 110 m2 olan birmərtəbəli evdə qeydə alınıb.
Nəticədə 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Ümumi sahəsi 12 kv. metr olan mətbəx də əşyaları ilə birgə qismən yanıb. Evin qalan hissəsi hadisə yerinə çağırılan yanğınsöndürənlər tərəfindən mühafizə olunub. Hadisəyə səbəb qaz sobasının işlək vəziyyətdə qalması olub.
Asəf Məmmədov - zərərçəkənin qohumu: "Qazdan olub, dünən də hava küləkli idi. Tüstüyə ayılıblar, boğulublarmış, bir də baxıblar ki, hər yer yanır, özlərini güclə çölə çıxarıblar. Bütün evin əşyaları, sənədləri - hamısı tamamilə yanıb".