Uşağı Balcalı Xəstəxanasında müalicə alan bir şəxs "sistem"in (fizioloji məhlulun) yeridilməsinin dayandırılmasına hirslənib 17 aylıq xəstə körpəsiylə birlikdə binanın 7-ci mərtəbəsindəki eyvanına çıxaraq intihar edəcəyini deyib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, uşağın başında su toplandığına görə müalicə üçün ailəsi tez-tez Şanlıurfadan Balcalı Xəstəxanasına gəlməli olur. Səhər saatlarında tibb bacısı uşaq üçün "sistem"ə artıq gərək qalmadığını bildirərək onu çıxarıb. Uşağın atası tibb bacısından niyə bu addımı atdığını soruşub.
"Şanlıurfada xəstəxanada yatarkən "sistem"i çıxarmırdılar, indi siz niyə çıxardırsınız? Niyə oğlumu əməliyyat etmirsiniz?" - deyə sərt reaksiya göstərərək intihar qərarına gəlib.
Hadisə yerinə gələn polis körpəni atasından alsa da, kişi özünü öldürmək fikrində israrlı olub. Lakin danışıq sonrası fikrindən daşınan kişi binanın eyvanından aşağı enməyə razılıq verib.