Milyarder oğlu insan ölümü ilə nəticələnən dəhşətli qəzaya səbəb olub.
Unikal.org xəbər verir ki, Yunanıstanda məşhur milyarder Apostolos Vakakisin oğlu Yorgo 200 km/saat sürətlə idarə etdiyi "Porche markalı avtomobillə parklama vəziyyətində olan "Honda markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində alovlanan "Honda markalı maşındakı 33 yaşlı qadın və 3 yaşındakı qızı hadisə yerində keçinib.
"Porchenin sürücüsü Yorgo Vakakis və yanındakı dostu da təhlükəsizlik kəmərlərini taxmadıqları üçün zərbənin təsirindən maşından bayıra çıxaraq metrələrlə uzağa düşüb. Hər iki gənc həlak olub.