Azərbaycanda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, Bakı vaxtı ilə saat 07:45:27-də Altıağacdan 24 km şimal-şərqdə, Siyəzən rayonu ərazisində zəlzələ baş verib. 3.5 maqnitudalı zəlzələ 46 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb.