Bakıda qadın intihar edib.
Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.
Hadisə rayonun Pirşağı qəsəbəsində baş verib. 1977-ci il təvəllüdlü Əhmədova Gülbəniz Mübarək qızı özünü yaşadığı tikilidə asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.