Salyan rayonunda oğurluq olub.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər kənd sakini Aman Mirzağa oğlu Feyzullayevə məxsus ərzaq mağazasına daxil olublar. Mağaza sahibinin sözlərinə görə, mağazada heç nəyə toxunmadan yalnız oradakı "Milliön" ödəmə sistemləri aparatını götürərək aradan çıxıblar.
Bu barədə Salyan Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.