Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün inzibati xəta törədən 5591 nəfər sürücünü cərimələyib.

Bu barədə Unikal.org-a idarədən məlumat verilib.

Qurumdan bildirilib ki, fevralın 27-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 47-si sükan arxasına sərxoş halda əyləşdiyinə görə inzibati qaydada cəzalandırılıb.