Gallerdə xəstəxanada qəbula sadəcə 4 dəqiqə gec gəldiyi üçün ailə həkimi tərəfindən yoxlanılmayan 5 yaşında astma xəstəsi olan qız, 5 saat sonra öldü.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, 2015-ci ildə baş verən bu hadisə, istintaq araşdırmalarının nəticəsində ortaya çıxdı. Rəsmi qeydlərə görə, Newport şəhərində yaşayan Ellie-May Clark, uşaq bağçasında olan zaman astma keçirən kimi ailəsinə xəbər verildi.

Anası Shanice Clark, uşağa görə ailə həkimindən təcili olaraq görüş aldı. 25 dəqiqə içində klinikada olması lazım olan ana, iki aylıq uşağına baxacaq birini tapınca qonşusundan özlərini avtomobillə aparması üçün kömək istədi. Lakin, Shanice Clark 17.00-dakı görüş üçün uşağını 17.04-də həkimə gətirə bildi.

Ancaq, həkim Joanne Rowe, görüşə gecikdiyi üçün ağır astma xəstəsi olmasına baxmayaraq uşağı qəbul etmədi. Klinikaya gələrkən bir neçə dəqiqə gecikəcəklərini bildirmələrinə baxmayaraq ailəyə ertəsi günə görüş verildi. Beş saat sonra evdə yeni bir astma keçirən uşaq xəstəxanaya aparıldı ancaq həyatı xilas edilə bilmədi.

Altı ay ödənişli icazəyə çıxarılan Doktor Rowe, daha sonra başqa bir klinikaya təyin edilərkən uşağın nənəsi Brandi Clark, "Yalnız bir neçə dəqiqə gec idi. Həyatımız məhv oldu. Amma Dr. Rowun işini etməyə davam etməsinə və heç bir şey olmamış kimi həyatına davam etməsinə icazə verildi "dedi.

Clark, həkimin vəzifəsindən azad edilməsini tələb etdi. Hadisə ilə əlaqədar yeni bir istintaq açılacağı bildirilir.

Doktora 4 Dakika Geciktiği İçin Geri Çevrilen Astımlı Çocuk Öldü