Ucarda oğurluq edən dəstə üzvləri tutulub.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, Ucar rayonunun Qarabörk kəndində yerləşən Şirvan Təcrübə İdarəsində məskunlaşmış məcburi köçkün Bəsti Mustafayevanın tövləsindən 6 baş iri buynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə zərərçəkmiş tərəfindən məlumat verilib.
Məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qulabənd kənd sakinləri, 17 yaşlı Sakit Salaman oğlu Məmmədov, 24 yaşlı Həbib Gündüz oğlu Qasımov, 23 yaşlı Xəyal Məhəmməd oğlu Məmmədov və 22 yaşlı Yusif Ətraf oğlu Məmmədov heyvanları qonşu Göyçay rayonunda yerləşən heyvan bazarında satarkən elə iş başında tutularaq istintaqa təhvil veriliblər. Heyvanlar isə tapılaraq sahibinə təhvil verilib.