Sistemə daxil ola bilməyəcəklər

Unikal.org xəbər verir ki, son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur. "Əgər siz "Skype proqramının "Windows və ya "Mac əməliyyat sistemləri üçün köhnə versiyalarından istifadə edirsinizsə, o zaman martın 1-dən etibarən həmin quraşdırmaların dəstəyi dayandırılacaq.

İstiPressxəbər verir ki, bu haqda "Microsoft şirkəti öz rəsmi bloqunda yazıb. "Biz müştərilərimizin "Skype proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. Martın 1-dən "Skype proqramının köhnə versiyalarından ("Windows üçün 7.16 və aşağı versiyalar, "Mac üçün 7.0-dan 7.18-dək ) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır" - "Microsoft şirkətinin rəsmisi deyib. (istipress)