Səudiyyə Ərəbistanı kralı Əbdül-Əziz Əl Səud İndoneziyaya səyahət edib.

Unikal.org "Ria Novostiyə istinadən xəbər verir ki, 81 yaşlı kral özü ilə 450 tonluq baqaj-"Mercedes-Benz S600 markalı 2 avtomobil, 2 elektrik lift, eləcə də şəxsi əşyalar götürüb. Bunlardan 63 ton baqaj Cakartaya çatdırılacaq, digərləri isə Baliyə göndəriləcək.

Qeyd olunur ki, kral 46 il əvvəl İndoneziyaya səfər edib. O, eyni zamanda Malayziya, Uzaq Şərq və İordaniyaya yollanacaq.

Onu səfər çərçivəsində 15 min adamın müşayiət edəcəyi bildirilir.