Bakıda zavodda ölüm hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Qaradağ Rayon Polis İdarəsindən məlumat verilb.

Hadisə Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinə məxsus beton zavodunda qeydə alınıb.

Orada sürücü işləyən, 1967-ci il təvəllüdlü Nurəddin Yaşar oğlu Hümbətov beton qarışdıran qurğunun arasına düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.