Bakıda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə hadisə Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən birində qeydə alınıb. Orada yaşayan 1974-cü il təvəllüdlü Natiq Arif oğlu Dadaşov yaşadığı bağ evində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.