Depressiyaya düşən gənc qız intihara cəhd etdi.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağın Saray qəsəbəsində yaşayan 17 yaşlı Duyğu Z. depressiyaya düşdüyü üçün intihara cəhd edib.
Axşam işdən evə qayıdan ana hamamda qızını qanlar içində tapıb və dərhal təcili yardım çağırıb. Vaxt itirmədən hadisə yerinə çatan təcili yardım gənc qızı Saray Dövlət Xəstəxanasına aparıb. Həddindən artıq qan itirdiyi üçün vəziyyəti ağır olan Duyğu Z.-ya Saray Dövlət Xəstəxanasında ilk tibbi yardım göstəriləndən sonra Çərkəzköydə olan xüsusi bir xəstəxanaya aparılıb.
Həddindən artıq qan itirdiyi üçün gənc qızın həyatı təhlükəsinin davam etdiyi bildirilir.
Hadisə ilə bağlı istintaq isə davam edir.