Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilən jurnalistlər azadlığa buraxılıb.

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. 

O bildirib ki, ağır cinayətdə ittiham etməklə böhtan atmaqda təqsirləndirilən İkram Rafiqoğlu və Rəhman Novruzov barəsindəki hökm bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilib: "Onlara 9 ay islah işləri cəzası təyin edildi. Təyin edilmiş islah işləri cəzası həbsdə qaldıqları 3 ay 14 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirərək cəzalarını tam icra etdiklərinə görə məhkəmə zalından həbsdən azad edildilər. Qərardan kassasiya şikayəti verəcəyik.