Bakı şəhərində dollar satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, fevralın 28-də paytaxtın Nizami rayonu ərazisində Sumqayıt şəhər sakini Taleh Ağayev 100 ABŞ dollarını 178 manata satdığı üçün Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Barəsində İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi ilə protokol tərtib olunub və o, cərimə edilib.