Əfqanıstanın paytaxtı Kabildə partlyış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayış polis məntəqəsinin yaxınlığında qeydə alınıb.

Hadisə barədə təfərrüatlar məlum deyil. Xəsarət alanların olub-olmadığı bilinmir.

Şahidlərin sözlərinə görə, partlayışdan sonra bölgədə atışma səsləri eşidilib.