Boliviyada baş verən yol qəzasında eyni ailəyə mənsub olduğu bildirilən 17 nəfər ilə birgə mikroavtobus sürücüsünün həyatını itirdiyi bildirilir.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Boliviya Milli Polis Təşkilatı paytaxt La-Pas yaxınlığında bir sürücünün dağlıq ərazidə idarəetməni itirməsindən sonra mikroavtobusun 350 metr dərinliyində olan dərəyə aşdığını qeyd edib.
Sürücünün sərxoş olduğu iddia edilir.