Son məlumatlara əsasən "Apple şirkəti, iPhone 8-də Lightning girişindən imtina edəcək.

Unikal.org xəbər verir ki, onun, USB Type-C ilə əvəz olunacağı güman olunur. Yalnız "Apple məhsullarında olan Lightning girişin, USB Type-C ilə əvəz edilməsi qərarı təəccüblü hesab edilə bilər. 

Qeyd etmək lazımdır ki, şirkət artıq iPhpone 7-də standart 3.5 mm-lik audiogirişdən imtina etmişdir. Onun əvəzinə şarj etmə və musiqi dinləməni, Lightning girişi vasitəsilə reallaşdırmaq olurdu. Nəticədə bir çoxları bu məsələ ilə bağlı şikayət edirdilər. İstifadəçilər əsasən qeyd edirdilər ki, cihaz şarj olunan zaman musiqi dinləmək mümkün deyil. Təbii ki, naqilsiz qulaqlıq istifadə edənlər bu şikayətlərdən uzaq idilər. USB Type-C ilə eyni hadisə baş verə bilər. Bir çox mütəxəssislərin fikrincə naqilsiz texnologiyalar, gələcəyin əsas xüsusiyyətlərindən biridir və ona artıq bu gündən keçid etmək lazımdır. Lakin buna baxmayaraq keyfiyyətli Bluetoothqulaqlıqlar heçdə ucuz qiymətə satılmırlar.technote.az