Hollandiyada 100 yaşlı qadın polisə müraciət edərək həbs edilməsini xahiş edib.
Unikal.org-un xarici KİV-ə istinadən məlumatına görə, Annie adlı qadın 100 yaşına az qalmış polisə gedib. O, yaşadığı müddətdə heç zaman həbs edilmədiyini bildirib və həbs olunmağın necə bir hiss olduğunu bilmək istədiyini deyib.
Yaşlı qadın polislərdən onu həbs etmələrini xahiş edib. Polislər yaşlı qadının xahişini nəzərə alıb onun qoluna qandal vuraraq saxlanma məntəqəsinə yerləşdiriblər. Qadın çox xoşbəxt olduğunu bildirib və orada şəkil çəkdirib.