Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb.
Unikal.org-un xəbərinə görə, bu barədə "Azadlıq radiosunun Brüssel müxbiri Rikard Yozvyak öz "Twitter səhifəsində yazıb. "Viza liberallaşması barədə saziş imzalandı. Gürcüstanı təbrik edirəm, - deyə o, qeyd edib.
Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Bu isə martın 28-i tarixinə təsadüf edir.
Qeyd edək ki, vizasız rejim Şengen zonasını əhatə edir.