Gürcüstan parlamenti telefon danışıqlarının gizli dinləməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Unikal.org xəbər verir ki, səsvermədə müxalifət partiyalarının üzvləri iştirak etməyib. 87 millət vəkili layihənin lehinə, 2-si əleyhinə səs verib.
Yeni qanuna əsasən Dövlət Təhlükəsizlik Xidməti nəzdində Əməliyyat-Texniki Agentliyi yaradılacaq. Həmin agentlik əməkdaşları bütün lokal və qlobal rabitə vasitələri və istifadəçi bazalarına daxil ola biləcək.
Müxalifət partiyaların qənaətinə görə, yeni qanun xüsusi xidmət orqanlarına məhkəmənin sanksiyası olmadan istənilən şəxsin telefon danışıqlarını dinləməyə imkan verəcək.