Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Varlı Həyat kənd sakini, 1948-ci il təvəllüdlü Abdullayev Abbas Rəcəb oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə A. Abdullayev hələ ki kimliyi məlum olmayan şəxs tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.