Meksikanın Verakrus ştatında cinayətkarlar tərəfindən oğurlanan turist mikroavtobusunda 11 nəfərin meyiti aşkarlanıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Miqel Anhel Yunes bildirib.

"Bu, hökumət və yaxud əhaliyə qarşı edilən hücum deyil, mütəşəkkil cinayətkar qruplararasında baş verən qarşıdurmadır, deyə qubernator qeyd edib.

İçərisində meyitlərin olduğu mikroavtobusun Boka-del-Rio şəhərində aşkarlandığı bildirilir. Avtomobilin sahibi artıq müəyyənləşdirilib. Miqel Anhel Yunesin sözlərinə görə, cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.