Amasiyada işləmək üçün getdiyi tarladan qayıtmayan adamın cəsədi, yaxınları tərəfindən yanmış kolluqların arasında tapıldı.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, Dördyol kəndində yaşayan 67 yaşında Qədir Soyalının işləmək üçün getdiyi tarladan qayıtmamasını görən yaxınları axtarışa başlayıblar.
Q.Soyalını tarlanın kənarındakı yanmış kolluqların arasında tapan yaxınları, polis və təcili yardıma xəbər veriblər. Hadisə yerinə gələn təcili tibb yardmı işçiləri, Soyalının bədəninin böyük hissəsinin yandığından öldüyünü bildiriblər.
Q.Soyalının cəsədi tibbi ekspertizaya aparılıb.