Bir gündə iki nəfər zəhərlənmədən ölüb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, martın 1-də Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayan Yusif Zeynalov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Həmin gün Goranboy rayonunun Nadirkənd kəndində yaşayan Rəmziyyə Ələsgərova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.