Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz C-180" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön ayaqaltı hissəsindən və ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 8200 ədəd "NZ Gold Compact"markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.