Bakı metropoliteninin "Nizami stansiyasında oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, martın 1-də metronun "Nizami" stansiyasının platformasında Bakı şəhər sakini Əfsanə Abbasovanın çantasından 114 manat pul və sənəd oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxat sakini Tərlan Əliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.