Ukraynada Lvov vilayətinin Sokol rayonunun Qluxov kəndində "Lvovuqol" ASC-yə məxsus şaxtada partlayış baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, metan partlaması nəticəsində qaya çöküb.

Hadisə zamanı şaxtada 172, qəza sahəsində 34 nəfər olub. Onlardan 11-i ölüb, 6 yaralı şaxtaçı yuxarı çıxarılıb. 20 şaxtaçının taleyi naməlum olaraq qalır.

Partlayışın səbəbləri müəyyənləşdirilir.