Gömrükdə 6800 ədəd siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsindəki hər iki qanadların altından gömrük nəzarətindən gizlədilən 6800 ədəd "NZ Gold Compact" markali siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.