Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində xəstəxananın damı çöküb.
Unikal.org-un məlumatına görə, xəstəxananın əməkdaşları və xəstələr dağıntılar altında qalıb.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Dağıntılar altında nə qədər adamın qaldığı məlum deyil. Ölüm ehtimalı böyükdür.
Qəzanın səbəbləri araşdırılır.