Kiyev şəhər şurasının plenar iclasında "Свобода" və "Солидарность" fraksiyasının deputatları arasında dava olub.

Unikal.org RiaNovosti-yə istinadən xəbər verir ki, davaya səbəb, "Azadlıq" partiyasından olan deputat Yuri Levçenkonun Kiyev şəhərinin meri Vitali Kliçkonun istefasını tələb etməsi olub.

Deputata cavab olaraq, həmkarı Aleksandr Xarçenko onu Baş prokurorluğa şikayət etməklə hədələyib. Həmin vaxt deputatlardan biri onu vurub.

Dava bir neçə dəqiqə davam edib. Nəticədə spiker iclasa fasilə verməli olub.