Xaçmazda iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Qəndab-Yalama yolunun 38-ci kilometrliyində, Xaçmaz rayonu Qusarçay kəndi ərazisində qeydə alınıb.

"Reno markalı avtomaşınla "VAZ 2105 markalı toqquşub. Qəza nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.