Paytaxtın Pirallahı rayonu, Səməd Vurğun küçəsindəki lombardlardan birində oğurluq hadisəsi baş verib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, naməlum şəxs dam örtüyünü sökməklə obyektə girib, bu zaman orada müşahidə kamerasının olduğunu gördükdə üzünü parça ilə gizlədib.

Fakt araşdırılır.