Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Binəqədi rayonunda dava salıblar, dava zamanı bıçağa da əl atıblar.

Unikal.org xəbər verir ki, bu barədə "Sputnik Azərbaycana Binəqədi Rayon Polis İdarəsindən bildiriblər.

Novruzov Talıb və 1997-ci il təvəllüdlü Quliyev Asim Nazim oğlu pul üstündə dava salıblar. Talıb Quliyevdən 20 manat pul tələb edib və onu döyüb.

Münaqişə martın 1-də baş verib. Saat 00:10-da Talıb və səkkiz nəfərdən ibarət dəstək qrupu Binəqədi rayonunda İsmayılov küçəsində Quliyevin qohumları ilə qarşılaşıblar.

Söhbətə Quliyevin qardaşı - Rəşad Quliyev (1991-ci il təvəllüdlü), qohumlar - Abdullayev Royal Məhərrəm oğlu (1989-cu il təvəllüdlü), Hüseynov Elnur Yusif oğlu (1989-cu il təvəllüdlü) və Abdullayev Vüsal Qasım oğlu (1991-ci il təvəllüdlü) gəliblər. Davada Royal Abdullayev və Elnur Hüseynov bıçaq yaraları alıb.

Cinayət-axtarış tədbirləri nəticəsində 6-cı polis bölməsinin əməliyyatçıları tərəfindən xuliqanlıqda şübhəli bilinən Novruzov Talıb Əsəd oğlu (1996-cı il təvəllüdlü), Əhmədov Elnur Elman oğlu (1996-cı il təvəllüdlü) saxlanılıb. Davanın daha bir iştirakçısı 1995-ci il təvəllüdlü Mirmehdi Əsədov da aşkar edilib. Hadisənin digər iştirakçılarının axtarışı davam edir.