Cənubi Koreyanın "Elrois" şirkəti telefonlar üçün yeni proqram üzərində işləyir, artıq müasir texnologiyalar vəfat etmiş qohum və dostlarla selfi çəkdirmək imkanı yaradacaq.
Unikal.org-un BBC-yə istinadən yaydığı xəbərə görə, yeni proqram vəfat etmiş şəxsin şəkilini skan edib 3D formatına çevirəcək, 3D formata çevirilən şəkil isə hərəkət etməyi, danışmağı bacaracaq.
Şirkətin rəsmi təmsilçisi Eun Cin Lim bildirir ki, bu proqram həyatdan köçmüş doğmalarla sağlığında yaşanmayan xatirələri yenidən yaşamağa imkan yaradacaq. Onun sözlərinə görə, gələcəkdə bu funksiya bütün telefonlara quraşdırıla bilər.