İctimai aktivist Con Edvards könüllü şəkildə Belfastda Uilloufeld kilsəsinin bağında qazılmış qəbirə uzanaraq canlı yayım edir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, tabut havalandırmayla və Wi-Fi-la təchiz edilib.
Edvardsın sözlərinə görə, 3 gün ərzində davam edəcək canlı yayım vasitəsilə intihara meyilli və narkotik vasitələrdən asılı olan insanlara mənəvi yardım etməyə çalışacaq.
"Onlar özlərinə zərər verməzdən öncə, onlarla qəbirdən danışmaq istəyirəm. Mən onlara göstərmək istəyirəm ki, ümid var - təqaüdçü jurnalistlərə açıqlamasında belə deyib.