Çinin Yunnan əyalətində sement daşıyan yük maşını və avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yük maşını 47 nəfərin olduğu avtobusa çırpıldıqdan sonra idarəetməni itirib və yol kənarına aşıb.
Ölənlərdən 9-u hadisə yerində, biri isə xəstəxanada ölüb. Araşdırma aparılır.