Bakıda 80 yaşlı kişi intihara cəhd edib.

Unikal.org report-a  istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Atatürk prospektindəki evlərdən birində qeydə alınıb.

Belə ki, 1937-ci il təvəllüdlü F.R. yaşadığı evdə intihar etmək məqsədi ilə özü-özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.