"Tərtər rayonunda yayılan sarılıq xəstəliyi nəticəsində 500 başdan çox xırdabuynuzlu heyvanın ölümü ilə bağlı yayılan məlumat yalandır.
Bu sözləri Unikal.org-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov deyib. O, bildirib ki, fermerlər bu ölüm hallarını bilərəkdən şişirdir və dedikləri kimi heyvanlar sarılıq xəstəliyindən deyi, qurd xəstəliyindən ölüblər:
"Hazırda bizim briqada ordadır. Bu gün də 10 nəfərə yaxın əlavə qüvvə göndərmişəm. Arşadırmanın nəticələri də məlumdur. DBX əməkdaşları bu rəqəmləri səsləndirənn adamların evində olublar. Onlar xəstəlikdən ölən heyvan cəsədlərini əməkdaşlarımıza göstərə bilmirlər. Yalandan danışırlar. Buna baxmayarq baytarlıq işçiləri təsərrüfatları hissə-hissə araşdırmaqda davam edirlər.
Jurnalistlərə müsahibə verən adam Əskipara kənd sakini Sadıqov Nəsiminin adından da 15 fevral tarixində Bərdə rayon Baytarlıq İdarəsinin Labaratoriyasına material daxil olub. Araşdırma zamanı məlum olub ki, heyvanlar qurd xəstəliyindən tələf olub. Burada infeksiya yoxdur. Xəbərdə qeyd olunduğu kimi 500 baş heyvan ölümü deyil, cəmi 5-6 baş ölüm qeydə alınıb. Yaxın iki gündə tam nəticələrlə bağlı ictimayyətə məlumat veriləcək.
DBX rəisi fermerlərin heyvanlara verilən dərman preparatlarının keyfiyyətsiz olması ittihamına da münasibət bildirib: "Dövlət tərəfindən 11 xəstəliyə görə dərman pereparatları ayrılır. Bu dərmanlar da iri və xırda buynuzlu heyvanlarda infeksiyanın qarşısını almaq üçündür. Amma hazırkı heyvan ölümü halları infeksiya deyil, qurd xəstəliyinə görə baş verib. Bir daha deyirəm, bunların ümumi sayı 5-6 başdır. Dövlət tərəfindən gətirilən dərmanların hamısının sertifikatı var və bu dərmanlara 100 faiz zəmanət verilir.
Azər Süleymanov ölüm halına görə fermerlərə kompenensasiya ödənilməyəcəyini vurğulayıb:
"Axı bu nədən ölüb ki, kopmpensasiya da ödənilsin? Axı bunlar yolxucu xəstəlikdən ölməyib. Burada kütləvi ölüm halı yoxdur və kütləvi infeksion xəstəlik qeydə alınmayıb. Nazirlər Kabinetinin qərarı ilə kompensasiya yalnız kütləvi epidemiya baş verdiyi hallarda ödənilir.
Amid Əyyuboğlu