Dağıstanın Dərbənd şəhərində partlayıcı qurğular yerləşdirilmiş avtomobil aşkar edilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin mütəxəssisləri bombanı zərərsizləşdirə biliblər.

Bundan əvvəl hüquq-mühafizə orqanlarındakı mənbə RİA Novosti-yə Dərbənddə məktəbin yaxınlığında içində partlayıcı qurğu və silah olan avtomobil aşkar edildiyini bildirmişdi.