Kabardin-Balkar Respublikasının Çeqet dağında bu gün günorta saatlarında qar uçqunu baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, uçqun altından 4 nəfərin meyidi çıxarılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrusun yüksək dağlıq hissəsində axtarış-xilasetmə dəstəsinin əməkdaşı Albert Xadijiyev bildirib ki, fəlakət nəticəsində daha bir nəfər xəsarət alıb.