Türkiyənin baş naziri Binəli Yıldırımın təyyarəsi təcili surətdə hava limanına enib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Bartına uçmaq üçün yola çıxmışdı. Amma qalın duman səbəbindən təyyarə Zonquldak hava limanında enmək məcburiyyətində qalıb.
Binəli Yıldırımın Bartın mitinqi təxirə salınıb. Baş nazir bu gün Bartın və Sinopda keçirilən mitinqlərdə xalqa müraciət edəcəkdi. Amma Bartının Çaycuma hava limanında qalın duman qatı təyyarəni Zonquldaka enmək məcburiyyətində buraxıb. Binəli Yıldırım Zonquldakdan avtomobil ilə Sinopa gedib.