2001-ci ilin əvvəlindən 2017-ci il martın 1-dək "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun hasilat layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Dövlət Neft Fonduna 123,1 milyard dollar vəsait daxil olub.
Unikal.org Trend-ə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-fevral aylarında Neft Fonduna 993 milyon dollar vəsait daxil olub.