Neftçalada intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qədimkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elsevər Soltanəziz oğlu özünü yaşadığı evin həyətində asıb. 

İyirmi səkkiz yaşlı sakinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***
10:17

Ötən gecə Neftçalada intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Qədimkənd kəndinin 28 yaşlı sakini Hüseynov Elsevər Soltanəziz oğlu özünü həyətlərindəki ot damında iplə asaraq intihar edib.

Kənd sakinlərinin dediyinə əsasən, Elsevər Hüseynov Bakıda fəhlə işləyirmiş. Amma iş olmadığından, 2-3 gün imiş ki, kəndə anasının yanına qayıdıbmış.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.